Sərnişinlər arasında uşaq yoxdur.
Rusiyanın Tula vilayətində “Moskva-İrəvan” avtobusunun qəzaya uğraması nəticəsində yeddi nəfər ölüb və 42 nəfər xəsarət alıb, RİA Novosti Tula vilayətinin Rusiya DİN İdarəsinə istinadən məlumat yayıb.
“Moskva-İrəvan” avtobusu Tula vilayətində M4 “Don” yolunda çərşənbə gününə keçən gecə aşıb.
“Ümumilikdə avtobusda 63 nəfər olub, 35 nəfər xəstəxanaya yatırılıb. Onlardan yeddisi ağır, 10 nəfər isə orta-ağır vəziyyətdədir”, - agentliyə bildiriblər.
DİN əməkdaşları iki əsas versiyanı - avtobusun nasazlığı və sürücünün sükan arxasında yuxulaması - nəzərdən keçirir.
Məlumatda qeyd edilir ki, bütün xəsarət alanlar Uzlovaya, Kireyevsk və Borodistk şəhərlərinin xəstəxanalarına yerləşdirilib.
Qəzanın nəticələrinin aradan qaldırılması və baş verənlərin aydınlaşdırılması üzrə iş gedir./oxu
7news.az








