RU
Rusiyada müsəlman telekanalı yaradılır
15:12
501

Rusiyada müsəlman telekanalı yaradılır

Rusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir.

Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur.

O qeyd edib ki, telekanalda Rusiyada yaşayan müsəlman xalqlarının mədəniyyəti, adət-ənənəsindən bəhs olunacaq.

R.Abbasovun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir, danışıqlar gedir.

Telekanalın gələcəkdə ingilis və ərəb dillərində yayımlanacağı istisna olunmur.//trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ