RU
Rusiyada narkotik satan azərbaycanlıları tutdular
12:01
248

Rusiyada narkotik satan azərbaycanlıları tutdular

Dəstənin bütün üzvləri cinayətlərini boynuna alıblar.

Rusiyanın Krasnoyarsk vilayətində narkotik vasitələrin satışı ilə məşğul olan və əksəriyyətini azərbaycanlıların təşkil etdiyi dəstə yaxalanıb, NKK.ru xəbər verir.

7News.Az-ın verdiyi xəbərə görə, dəstə üzvlərindən biri Qırğızıstandan gəlib, digər 3 nəfər isə Krasnoyarskda yaşayan azərbaycanlılardır.

Onlar 2014-cü ilin sentyabrında İrkutska gələrək, burda 4,5 kq heroin alıblar. Narkotik vasitəni avtomobildə gizlədiblər və onlardan biri isə 200 qramını şəxsi istifadə üçün özündə saxlayıb. 

Dəstə üzvləri Kansk şəhərində saxlanılıb və onların üzərindəki narkotik vasitələr götürülüb. Fakt üzrə cinayət işi başlanıb.
 
Dəstənin bütün üzvləri məhkəmədə cinayətlərini boynuna alıblar. Onlardan ikisi 5 il, digər ikisi isə 6 il azadlıqdan məhrumetmə cəzası alıb. 

Lakin onlardan birinin himayəsində azyaşlı uşağın olması nəzərə alınaraq cəzası 5 il 11 aya endirilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ