RU
Rusiyada partlayış baş verən binanın dağıntısı altında 5 nəfər qalıb
09:48
331

Rusiyada partlayış baş verən binanın dağıntısı altında 5 nəfər qalıb

Hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Rusiyanın Volqoqrad şəhərində yaşayış evinin partlaması nəticəsində dağılan binanın 200 kubmetrə yaxın konstruksiyası daşınıb.

Bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayəti üzrə idarəsinin təmsilçisi bildirib.

Məlumata görə, bütün gecəboyu qəzanın nəticəsinin aradan qaldırılması işi davam etdirilib. Xəbərdə bildirilib ki, dağıntılar altından bir nəfərin meyiti çıxarılıb, 5 nəfərin də uçqunlar altında qaldığı ehtimal edilir.
Hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Qeyd edək ki, dekbarın 20-də Volqoqrad şəhərinin Kosmonavtlar küçəsində 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib. Binanın bu blokunda 150-yə yaxın sakin yaşayırmış. Hadisənin məişət qazının partlaması nəticəsində baş verdiyi ehtimal edilir./report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ