7NEWS.az xəbər verir ki, Rusiyanın Mahaçqala şəhərində baş verən partlayışda ölənlərin sayı artıb. Səlahiyyətlilər partlayışda həyatını itirənlərin sayının 30-a yüksəldiyini açıqlayıb. Yerli fövqəladə hallar xidməti yanğının 500 kvadratmetr sahədə təsirli olduğunu və bölgədə partlayış riskinin davam etdiyini bildirib.
7NEWS.az








