RU
Rusiyada partlayış zamanı azərbaycanlı ailəsi yaralanıb
23:20
445

Rusiyada partlayış zamanı azərbaycanlı ailəsi yaralanıb

İvanovo şəhərində baş verən partlayış nəticəsində zərərçənlər arasında azərbaycanlı ailəsi var.

7news.Az AzərTaca- istinadən xəbər verir ki, Rusiya KİV-lərinin yazdığına görə, Ələsgərovlar ailəsi İvanovo şəhərinə 20 il əvvəl köçüb. Partlayış zamanı ailənin 21 yaşlı oğlu Elvin yaralanıb. O, hazırda xəstəxanadadır, həyatı üçün təhlükə olmasa da, vəziyyəti ağırdır.

Araşdırma zamanı partlayışın baş verdiyi mənzil müəyyən edilib. Partlayışa səbəb birinci mərtəbədəki mənzildə qazla işləyən su qızdırıcısı olub. Cihazın təhlükəsizlik qayalarına riayət edilmədən quraşdırıldığı bildirilir.

Qeyd edək ki, partlayış nəticəsində 1-i uşaq olmaqla, 5 nəfər ölüb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ