Primoryedə (Rusiya) Qırmızı kitaba salınmış Amur pələngi avtomobilə hücum edib.
Hadisənin görüntülərini "Amur Mash" "Telegram" kanalı paylaşıb.
Qeyd olunur ki, buna səbəb sürücünün ona ovunu yeməyə mane olması olub.
Yırtıcı Vrangeldə - Naxodkanın ucqar rayonunda inək ovlayıb. O, yolun kənarında qidalanan zaman maşında olan iki nəfər onu görüb. Onlar video çəkib, fənərlə işıq salıb və heyvana şikarını sakitcə yeməyə imkan verməyiblər. Nəticədə pələngin səbri daşıb və o, pusquda duraraq, avtomobilə doğru şığıyıb, lakin sonra geri çəkilib.
Hadisə nəticəsində heç kim xəsarət almayıb.








