Rusiyanın Yesentuki şəhərində silahlı insident baş verib.
7news.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, naməlum şəxslər onların sənədlərini yoxlamaq istəyən polis əməkdaşlarına atəş açıb. Nəticədə 2 qanun keşikçisi yaralanıb.
Silahlılardan biri məhv edilib, digəri qaçıb. Yaralı polislər xəstəxanaya yerləşdirilib.
7news.Az








