RU
Rusiyada qadın sünnəti ilə bağlı qanun layihəsi
11:10
748

Rusiyada qadın sünnəti ilə bağlı qanun layihəsi

Rusiya Dövlət Duması qadınların sünnət olunmasına görə 10 ilədək həbs cəzası nəzərdə tutan qanun qəbul etməyə hazırlaşır.

7News.az bildirir ki, qanun layihəsinin təşəbbüskarı deputat və opera müğənnisi Mariya Maksakova-İqenberqsdir.

Mariya Maksakova-İqenberqs  bildirib ki, layihə artıq Dövlət Dumasına təqdim olunub. 

Qadın sünnəti Dağıstanın bəzi bölgələrində yayılıb. Bu yaxınlarda isə Şimali Qafqaz Müsəlmanları Koordinasiya  Mərkəzinin sədri İsmayıl Berdiyev bildirib ki, bütün qadınları sünnət etmək lazımdır. Müftinin fikrincə, bu yolla qadınların seksuallığı azalar və əxlaqsızlıq aradan qalxar. /teleqraf

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ