7NEWS.az xəbər verir ki, Rusiyanın Volqoqrad şəhərində sərnişin qatarı relsdən çıxıb. Qəza zamanı qatarda 800 sərnişinin olduğunu açıqlayan Rusiya mətbuatı ən az 8 vaqonun relsdən çıxması nəticəsində təxminən 100 nəfərin yaralandığını yazıb. Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada ilkin tibbi yardım briqadasının hadisə yerində olduğu və 324 nəfərlik tibbi heyətin yaralılara yardım etdiyi bildirilib.
7NEWS.az








