RU
Rusiyada qızıl mədənində qalan işçilər üçün xilasetmə işlərinə başlanılıb
15:20
92

Rusiyada qızıl mədənində qalan işçilər üçün xilasetmə işlərinə başlanılıb


7NEWS.az xəbər verir ki, Rusiyanın şərqindəki Amur vilayətinin Zeya şəhərində ölkənin ən böyük qızıl mədənlərindən biri olan "Pioner” mədənində dünən iş zamanı qaya parçası düşüb.

Yerli hakimiyyət orqanlarından verilən açıqlamada mədəndə qapalı qalan işçilərlə əlaqə saxlamaq üçün səylərin davam etdiyi bildirilib.
Rusiya Fövqəladə Hallar Nazirliyi Yakutiyadan 25 nəfərlik bir qrupun bölgəyə gəldiyini açıqlayıb. Bildirilib ki, Xabarovsk vilayətindən 13 nəfərdən ibarət qrup helikopterlə bölgəyə göndərilib.
Mədən şirkəti hələlik hadisə ilə bağlı açıqlama verməyib.
7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ