RU
Rusiyada sabiq nazir narkotik maddə saxlamaqda təqsirləndirilərək həbs edildi
14:20
25

Rusiyada sabiq nazir narkotik maddə saxlamaqda təqsirləndirilərək həbs edildi

Rusiyanın Udmurtiya Respublikasının keçmiş kənd təsərrüfatı və ərzaq naziri, "Udmurtplem" Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsini müvəqqəti icra edən Mixail Yudin həbs edilib.

7News.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Udmurtiya Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, sabiq nazir yerli polisin narkotiklərlə qarşı keçirilən əməliyyat zamanı saxlanılıb. Yoxlama zamanı onun üzərində bitki mənşəli narkotik maddə olan bükülmüş paket aşkar edilib.

Saxlanılma anında sabiq nazir narkotik maddənin təsiri altında imiş. O, avtomobil idarə edərkən saxlanılıb, ondan müsadirə edilən maddə isə çətənə olub. Yudinin evində aparılan axtarış zamanı 10 qramdan çox marixuana aşkar edilib.

Hadisə ilə bağlı narkotik maddələrin qanunsuz saxlanılması maddəsi üzrə cinayət işi başlanıb. Məhkəmə onu satış məqsədi olmadan narkotik saxladığına görə 3 sutka inzibati həbsə göndərib. Sabiq nazir günahını etiraf edib.

Xəbərdə bildirilir ki, Yudin 2022-2025-ci illərdə Udmurtiyanın kənd təsərrüfatı və ərzaq naziri vəzifəsini tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ