RU
Rusiyada şagird məktəbdə atəş açıb
13:10
15

Rusiyada şagird məktəbdə atəş açıb

Rusiyanın Bryansk şəhərində məktəbdə səkkizinci sinif şagirdi atəş açıb.

Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Hadisə 5 saylı gimnaziyada baş verib.

"Səkkizinci sinif şagirdi odlu silahla məktəbə daxil olub və ondan bir neçə dəfə atəş açıb”, - agentliyin mənbəsi bildirib.

Hadisə yerində polis əməkdaşları və təcili yardım xidmətləri işləyir. Hadisənin səbəbləri dəqiqləşdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ