Rusiyanın İrkutsk şəhərində "Boyarişnik" adlı spirt tərkibli məhluldan zəhərlənərək ölənlərin sayı 77-yə çatıb.
Bu barədə İrkutsk şəhər Regional Səhiyyə İdarəsindən Rusiya mətbuatına bildirilib.
Vurğulanır ki, ümumilikdə tərkibində spirt qatqısı olan kosmetik vasitədən 123 nəfər zəhərlənib ki, hazırda stasionar müalicədə 16 nəfər var.
Xatırladaq ki, Azərbaycandan olan bir neçə şəxs İrkutskda 70-dən artıq insanın ölümünə səbəb olan spirt tərkibli mayedən ("Boyarışnik") kütləvi zəhərlənmə işi ilə bağlı saxlanılıb./olke.az
7news.Az








