Rusiyanın Novorossiysk şəhər merinin müavini Yekaterina Demçenkonun özünü təcridetmə rejimi zamanı çəkdiyi görüntülər başına bəla olub.
Bu barədə "İzvestiya” xəbər yayıb.
Bildirilir ki, məmurun piknikdən olan görüntüsü sosial şəbəkələrdə yayılıb.
Elə həmin gün şəhər meri İqor Dyaçenko özünün "Instagram” hesabında müavinini işdən çıxardığı barədə məlumat verib. O, Demçenkonun bu hərəkətini yolverilməz adlandırıb.
"İcra hakimiyyətinin işçiləri bütövlükdə şəhər rəhbərliyini təcəssüm etdirir. Onlar hökumətin nüfuzuna xələl gətirən davranışa yol verməməlidirlər. Səhv etmək hüquqları yoxdur”, - deyə mer bildirib.
7News.Az








