Rusiyanın Sverdlovsk vilayətində baş verən yol qəzasında 13 nəfər xəsarət alıb.
Qəza Nevyansk-Ayat magistral avtomobil yolunda baş verib. Hələlik məluma olmayan səbəbdən "VAZ 2114" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın "QAZel" markalı sərnişin mikroavtobusuna çırpılıb.
Qəza nəticəsində əksəriyyəti "QAZel"-in sərnişinləri olmaqla 13 nəfər xəsarət alıb.
İki qadının vəziyyəti ağırdır. "VAZ"ın sürücüsü də xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır./apa
7news.Az








