RU
Rusiyada silahlı üsyan: Son 24 saatda nə baş verdi?
14:12
157

Rusiyada silahlı üsyan: Son 24 saatda nə baş verdi?


7NEWS.az xəbər verir ki, dünən axşam saatlarından etibarən Vaqner lideri Priqojinin başlatdığı gərginlik Rusiyanın və dünyanın gündəmini zəbt edir. Rusiya lideri Vladimir Putinin "silahlı üsyan” adlandırdığı gərginlikdə son 24 saatda nə baş verdi?

Vaqnerin lideri Priqojin daha əvvəl müxtəlif tarixlərdə Rusiya Müdafiə Nazirliyini tənqid etmişdi. Rusiyanın müdafiə naziri Şoyqunun iyunun 10-da verdiyi və iyulun 1-dək bütün hərbiləşdirilmiş birləşmələri Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edən fərman da Priqojinin reaksiyası ilə qarşılanıb.

Priqojin rus ordusunun Vaqnerin arxasındakı düşərgələri bombaladığını iddia etdi. Müdafiə Nazirliyi iddiaları təkzib edərək, "Vaqnerin cəbhənin arxasındakı düşərgələrinə hücum etdiyi iddiasını ehtiva edən ifadələrin və video görüntülərin heç biri həqiqətə uyğun deyil. Bunlar informasiya təxribatlarıdır” deyə bildirildi.

Priqojin isə idarə etdiyi Vaqner qüvvələri ilə Rusiyanın Rostov-na-Donu bölgəsinə doğru irəliləyəcəyini açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ