Rusiyada koronavirusa yoluxanların sayı 2,93 milyon nəfəri keçib.
7News.Az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 27 250 nəfər virusa yoluxub, 549 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 2 933 753 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 52 461 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 2 343 967 nəfər virusdan sağalıb, 537 325 nəfərin müalicəsi isə davam edir.
7News.Az








