Rusiyada son sutka ərzində daha 180 071nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
7NEWS.Az-ın Moskva Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 12 810 118 nəfərə çatıb.
Son sutka ərzində 661 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 335 414 nəfərə çatıb.
7NEWS.Az








