Onlar kişini tələb olunan pulun qalanını yığmaq üçün buraxıblar.
Fevralın 25-də səhər saat 9-da Moskva vilayətindəin Krasnoqorsk şəhərində soyğunçuluq hadisəsi baş verib.
Krasnoqorsk şəhər sakini ərinə hücum edilməsinə dair şikayətlə polisə müraciət edib.
Cinayətkarlar zərərçəkəni döyüblər, “Porşe Kayen” avtomobilini və 150 min rubl (2000 dollar) pul vəsaitini əlindən alıblar. Daha sonra tələb olunan pulun qalanını yığmaq üçün kişini buraxıblar.
Həmin gün 28-30 yaş arasında olan dörd vətənadaş saxlanılıb, onlardan üçü Azərbaycandan gələnlər olub. Son zamanlarda şübhəli bilinən şəxslər Naberejnı Çelnıda yaşadıqları və dəfələrlə Moskva ərazisinə cinayətkar fəaliyyət üçün gəldikləri müəyyən edilib.
Operativ məlumata görə, şübhəli bilinən şəxslər analoji cinayətlər törədiblər./oxu
7news.Az








