RU
Rusiyada spirtdən zəhərlənərək ölənlərin sayı 25-ə çatıb
12:42
331

Rusiyada spirtdən zəhərlənərək ölənlərin sayı 25-ə çatıb

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli mayedən zəhərlənərək ölənlərin sayı artıb.

7News.Az rus KİV-nə istinadən xəbər verir ki, saxta məhsuldan istifadəyə görə dünyasını dəyişənlərin sayı 25 nəfərə çatıb. Daha 37 nəfərin isə müalicəsi davam etdirilir.

Xatırladaq ki, Rusiyanın Daxili İşlər Nazirliyi zəhərlənənlərin yemişan məhlulu içdikləri barədə məlumat yayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ