RU
Rusiyada stomatoloq doqquz yaşlı qızın orqanizmində iynə unudub
11:50
22

Rusiyada stomatoloq doqquz yaşlı qızın orqanizmində iynə unudub

Rusiyanın Petrozavodsk şəhərində stomatoloq doqquz yaşlı qızın orqanizmində iynə unudub.

7News.Az bu barədə "112" "Telegram" kanalına istinadən xəbər verir.

Bildirilir ki, həkimlər hadisəni dərhal bilməyiblər və yalnız ailə qəbuldan sonra evə qayıtdıqda qızın anasına zəng ediblər. Onlardan yenidən tibb müəssisəsinə gəlmələri xahiş olunub. Orada cərrah izah edib ki, uşağın mədəsində stomatoloji alət ola bilər.

Rentgen müayinəsi uşağın orqanizmində yad cismin olduğunu göstərib. Mütəxəssislər endoskopik əməliyyat aparsalar da, bu, nəticə verməyib - həmin vaxta qədər iynə artıq bağırsağa keçmişdi. Daha sonra həkimlər qıza klizma tətbiq etsələr də, bu üsul da effekt verməyib. Bu zaman uşağın artıq ağrıları başlayıb.

Təkrar rentgen müayinəsi iynənin qalın bağırsağa keçdiyini göstərib. Qızı əməliyyat gözləyirdi. Lakin iki gün davam edən əziyyətdən sonra alət orqanizmdən öz-özünə xaric olub.

Qızın nənəsi iddia edir ki, iynəni kiçik pasiyentin bədənində unudan stomatoloq ailədən üzr istəməyib. Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ