RU
Rusiyada tacikin qarnından 1,5 kq heroin çıxarıldı
20:45
541

Rusiyada tacikin qarnından 1,5 kq heroin çıxarıldı

Krasnodarda Tacikistan sakininin qarnından 1,5 kq-dan çox heroin çıxarılıb. 

Bu barədə Cənubi gömrük idarəsinin mətbuat xidmətinin nümayəndəsi Rayan Farukşinə istinadən RİA Novosti məlumat yayıb. 

"Düşənbə-Krasnodar aviareysi ilə gələn sərnişinlərin baqajının və əl baqajının gömrük yoxlaması zamanı Krasnodar gömrük əməkdaşlarının Nəqliyyat polisi və Rusiyanın Krasnodar üzrə FTX Sərhəd İdarəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat zamanı Tacikistan vərtəndaşı saxlanılıb”, - Farukşin bildirib. 

O əlavə edib ki, yoxlamadan sonra kişi tibbi yoxlama üçün Krasnodar şəhər xəstəxanasına çatdırılıb. 

"Rentgenoskopik tədqiqatdan sonra 22 yaşlı vətəndaşın mədəsində yad cisimlərin olduğu təsdiq edilib. Daha sonra xüsusi tibbi prosedurlar keçirilib və onun mədə-bağırsaq traktından 165 lateks kapsul çıxarılıb, onların ümumi çəkisi 1,5 kq-dan artıq idi. 

Ekspertizanın nəticələri bağlamda narkotik vasitə  -heroinin olduğunu təsdiqləyib”, - Farukşin deyib. /oxu.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ