RU
Rusiyada təyyarə FACİƏSİ - Bütün ekipaj üzvləri öldü
11:36
1216

Rusiyada təyyarə FACİƏSİ - Bütün ekipaj üzvləri öldü

Rusiyanın İrkutsk vilayətində yoxa çıxan "İl-76" təyyarəsinin ekipaj üzvlərindən ikisinin cəsədi tapılıb.

7news.Az azvision.az-a istinadən bildirir ki, bu barədə təyyarənin axtarışı üçün yaradılmış operativ qərargahdan deyilib. Bununla da təyyaradə olan 10 ekipaj üzvünün hamısının cəsədi tapılıb.

İrkutsk vilayətinin qubernatoru hadisə ilə əlaqədar iyulun 4-də regionda matəm günü elan edib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 on nəfərlik heyətlə meşə yanğınının söndürülməsində iştirak edib. Təyyarə İyulun 1-də radarlardan itib. Təyyarə iyulun 3-də tapılıb. 

Təyyarənin məhdud görmə şəraitində nəyəsə çırpıldığı ehtimal olunur. Digər versiya kimi isə müstəntiqlər texniki problemlərin yaranmasını və pilotun səhvini araşdırırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ