Rusiya Müdafiə Nazirliyindən Yakutiyanın Bulunsk rayonunda "İl-18” təyyarəsinin qəzası şərh edilib.
7News.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, təyyarə qəza enişi edib.
"Hadisə nəticəsində bütün sərnişinlər və heyət üzvləri sağdır. 16 nəfər ağır xəsarət alıb. Axtarış-xilasetmə xidmətlərinin helikopterlərinin yardımı ilə onlar Tiksiyə müalicə müəssisəsinə gətiriliblər”, - nazirlikdən bildiriblər.
***
Yakutiyanın Bulunsk rayonunda göyərtəsində 39 nəfərin olduğu "İl-18” təyyarəsi qəzaya uğrayıb.
7News.Az xəbər verir ki, TASS bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
"Yekaterinburqun Koltsovo aeroportundan dekabrın 19-da səmaya qalxan "İl-18” təyyarəsi Tiksi qəsəbəsinin 27 km məsafəsində qəzaya uğrayıb”, - mənbə bildirib.
Qeyd edilir ki, təyyarənin göyərtəsində 32 sərnişin və yeddi nəfər heyət üzvü olub.
Hazırda zərərçəkənlərin təxliyəsi işi aparılır.
İnterfaks-ın məlumatına görə, qəza nəticəsində 30 nəfər ölüb.








