DİN məlumat yaydı.
Bakıda dələduzluqda şübhəli bilinən şəxs tutulub.
Bakı şəhər sakini Pərizad Əzizova 2013-cü ilin fevral ayında paytaxt sakini Eldar Behbudovun onun etimadını qazanıb 5 200 manatını alması barədə Yasamal RPİ 27-ci PB-yə müraciət etmişdir.
Araşdırma zamanı E.Behbudovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Behbudov tutulmuşdur./oxu
7news.az








