Rusiyada son gün ərzində 16 202 yeni koronavirus faktı təsdiqlənib.
7News.Az xəbər verir ki, beləliklə, yoluxanların sayı 1 563 976 nəfərə çatıb. Onlar arasında 1 171 301 xəstə sağalıb, hazırda 365 740 aktiv virus daşıyıcısı var.
Ölənlərin sayı isə 346 nəfər artaraq 26 935-ə çatıb. Tətbiq edilən test sayı isə 58 730 811-dir.








