RU
Rusiyada vitse-spikerin qızı intihar edib - Doğum günündə
17:17
541

Rusiyada vitse-spikerin qızı intihar edib - Doğum günündə

Sankt-Peterburq Ali Məclisinin vitse-spikeri olmuş Pavel Soltanın qızı Anastasiya Soltan valideynlərinin ölümündən sonra intihar edib.

7News.Az rus KİV-nə xəbər verir ki, bu barədə Anastasiyanın bacısı Veronika şəxsi sosial hesabında məlumat yayıb. O, bacısının psixoloji yardım almaq istəmədiyini və vəziyyətinin günbəgün ağırlaşdığını bildirib.

Belə ki, avqustun 14-ü valideynləri ilə birgə qəzaya düşdükdən sonra bir müddət çəliklə gəzməli olan Anastasiya həmin qəzada həm də ailə üzvlərini itirib. Həyatının ağır günlərini yaşayan Anastasiya daha sonra 6 ay evli olduğu həyat yoldaşından boşanıb. Son vaxtlar rəfiqəsi ilə birgə yaşamağa başlayan 22 yaşlı qız doğum günündə-24 noyabrda intihar edib.

Xatırladaq ki, vitse-spiker və həyat yoldaşının da öldüyü qəza bu ilin avqustunda baş vermişdi. 


Rusiyada vitse-spikerin qızı intihar edib - Doğum günündə
Rusiyada vitse-spikerin qızı intihar edib - Doğum günündə
Rusiyada vitse-spikerin qızı intihar edib - Doğum günündə

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ