RU
Rusiyada yaşayış binası raketlə vuruldu: Ölənlərin sayı artdı - YENİLƏNİB + VİDEO
10:20
14

Rusiyada yaşayış binası raketlə vuruldu: Ölənlərin sayı artdı - YENİLƏNİB + VİDEO

Belqorodda binanın çökməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

"Xilasedicilər Belqorodda dağıntılar altından daha üç nəfəri, o cümlədən iki uşağı çıxarıblar”, - Rusiya FHN-dən bildirilib.

Daha sonra bir nəfərin də meyitinin tapıldığı məlum olub.

Mənbə: TASS

12.05.2024, 21:24

Belqorodda çoxmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi təsdiqləyib.

Həmçinin, 33 nəfərin xəsarət aldığı bildirilir.

Mənbə: "SHOT” "Telegram” kanalı

15:58

Belqorodda çoxmərtəbəli binanın uçması nəticəsində azı 17 nəfər xəsarət alıb.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko danışıb.

O bildirib ki, yaralıların hamısı xəstəxanadadır.

Ölənlər barədə isə rəsmi məlumat verilməyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Belqorodun yaşayış məntəqələri "Toçka-U” taktiki raket kompleksi, "Vilxa” və RM-70 "Vampir” reaktiv yaylım atəşi sistemləri ilə hücuma məruz qalıb.

Mənbə: kommersant.ru

14:10

Belqorodda hündürmərtəbəli yaşayış binasına raket zərbəsi endirilib.

Məlumata görə, hücum nəticəsində azı beş nəfər ölüb.

Bildirilib ki, 20-yə qədər insanın binanın uçmuş hissəsinin dağıntıları altında qaldığı ehtimal edilir.

Hadisə yerində xilasedicilər və hərbçilər işləyirlər. Qonşu blokların da uçmaq təhlükəsi olduğundan, sakinlər təxliyə edilirlər.

 

Mənbə: 112 "Telegram” kanalı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ