Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində yaşlı kişi özünü yandırıb.
"Podyom” "Telegram” kanalı bununla bağlı görüntüləri yayımlayıb.
Bildirilib ki, hadisə yerinə gələn FHN əməkdaşları kişini huşsuz vəziyyətdə tapıblar. O, xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, bu, 70 yaşlı yerli sakindir. O, şəhərin mərkəzində qeyri-yaşayış əmlakının kirayəsi və idarə olunması ilə məşğul olan bir firmanın rəhbəridir.
Hadisənin səbəbi ilə bağlı yoxlamalara başlanılıb.
7News.Az








