İrkutskda spirt tərkibli maddədən zəhərlənərək ölənlərin sayı 21 nəfərə çatıb, 37 nəfər zərəçəkən hələ də xəstəxanadadır.
7News.Az xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətlərində olan mənbəyə istinadən RİA Novosti məlumat yayıb.
Daha öncə İrkutsk vilayətinin prokurorluğu zəhərlənmədən 17 nəfərin öldüyü barədə məlumat yaymışdı.
"Spirt tərkibli məhsuldan zəhərlənən 37 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 21 nəfəri ölüb, daha 16 nəfər ağır vəziyyətdədir”, - mənbə agentliyə bildirib.
İlkin məlumata görə, zəhərlənməyə səbəb "Yemişan” səbəb olub. Cinayət işi qaldırılıb, araşdırma aparılır.
***
İrkutskda spirt tərkibli məhsuldan zəhərlənənlərin sayı 17 nəfərə çatıb, bu məhsulun "Yemişan” olduğu ehtimal edilir.
7News.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İrkutsk vilayətinin prokurorluğu məlumat yayıb.
Daha öncə region üzrə İstintaq komitəsi İrkutskda zəhərlənənlərin sayının 14-ə çatdığı barədə məlumat yaymışdı.
"Dekabrın 19-da xəstəxanaya çatdırılanların sayı 37 nəfərə çatıb, onlardan 17 nəfər ölüb”, - məlumatda deyilir.
İrkutskun Lenin rayon prokurorluğunda araşdırmaya başlanıldığı bildirilib.
İrkutskda Novo-Lenino mikrorayonun təhlükəli malın satıla biləcəyi bütün ticarət obyektlərində reydlər keçirilir. Həmçinin xəsarət alanların ola biləcəyi bütün evlərdə yoxlamalar aparılır. Artıq bu məhsuldan istifadə edilməsi ehtimal edilən 10 ünvan üzrə yoxlama keçirilib.








