Rusiya bu gecə də dron hücumlarına məruz qalıb.
7News.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna bu gecə Rusiyadakı obyektlərə 3 dronla hücuma cəhd edib.
Hər 3 PUA Rusiya HHM qüvvələri tərəfindən vurulub. Belə ki, dronlardan ikisi Kaluqa, biri isə Bryanskda zərərsizləşdirilib.
Xatırladaq ki, son 2 gecədə Rusiya ümumi 4 dron hücumuna məruz qalıb.








