Xəbər verdiyimiz kimi, Moskva yaxınlığındakı Sergiev Posadda baş verən güclü partlayışda yaralıların sayı kəskin artıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 80 nəfər yaralanıb, 1 nəfər isə həlak olub.
Xatırladaq ki, avqustun 9-u səhər saatlarında Zaqorsk optik-mexaniki zavodunun ərazisində partlayış baş verib. Partlayış zavodun pirotexnika saxlanılan anbarında qeydə alınıb.








