Rusiyanın Vorkuta şəhərində "Şimal" şaxtasında növbəti, altıncı partlayış baş verib.
7News.Az xəbər verir ki, dünən gecə baş verən partlayış yerin 780 metr dərinliyində baş verib.
Rusiya FHN-nin verdiyi məlumata görə indiyədək 36 şaxtaçı ölüb, 26 nəfər isə hələ də yerin altındadır.
Rusiya FHN-nin rəhbəri Vladimir Puçkov yerin altında qalan şaxtaçıların xilas edilməsinin artıq mümkün olmadığını bildirib.








