RU
Rusiyadan ABŞ-a — ŞOK BƏYANAT
11:40
415

Rusiyadan ABŞ-a — ŞOK BƏYANAT

Rusiya İslam İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı hesab etmir.

Bu barədə Kreml nümayəndəsi Zamir Kabulov bildirib. Onun sözlərinə görə, Rusiya SEPAH-ın terror təşkilatı kimi qəbul edilməsini düzgün hesab etmir.

"Biz bu məsələni qəbul etmirik. Düşünürük ki, SEPAH terror təşkilatı deyil”, - deyə Zamir Kabulov bildirib.

Rusiya nümayəndəsi ABŞ-ın bu addımını İranla nüvə razılaşmasını pozmaq üçün bəhanə olaraq atdığını deyib: "Düşünürük ki, ABŞ bu məsələni bilərəkdən qaldırıb. Amerika hökuməti İranla nüvə sazişini pozmaq üçün bəhanə axtarır. Bu da onlar üçün bir bəhanədir”.
Qeyd edək ki, ötən həftə Donald Trump İranı Yaxın Şərq boyunca terrorçuluq və zorakılığın ixracında, qan tökülməsi və xaosda ittiham etmişdi.O, SEPAH-ı terror təşkilatı kimi qələmə vermişdi. Bundan sonra İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi da öz növbəsində Amerikanı təhdid etmişdi.

"İranın İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) terror təşkilatları siyahısına daxil ediləcəyi təqdirdə Tehran ABŞ-a qarşı qəti addımlar atacaq”, - deyə B.Qasımi bildirmişdi./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ