Rusiya İstanbulun Atatürk hava limanını partladmaqda şübhəli bilinən terrorçulardan birinin çeçen olması barədə yayılan xəbərləri təkzib edib.
Bu barədə 7News.Az “İnterfaks”a istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarından agentliyə verilən məlumatda qeyd olunur ki, terror törətməkdə şübhəli bilinən Osman Vadimov Rusiya vətəndaşı deyil: “Çeçenistanda Osman Vadinov adlı şəxs heç vaxt qeydiyyatda olmayıb. Onun soyadı çeçen mənşəli deyil. İkinci şübhəli Ahmet Çatayev isə Rusiya tərəfindən də axtarışda olub”.
7News.Az








