Rusiyanın paytaxtı Moskvadan Azərbaycana gələn mikroavtobus MAN markalı yük maşınına çırpılıb.
Rusiya mətbuatı yazır ki, 20-EB-289 dövlət nömrə nişanlı "Volkswagen Crafter” markalı mikroavtobus bu gün səhər saatlarında Rostov vilayətinin Krasnosulinsk rayonu ərazisində qəzaya uğrayıb.
Hadisə zamanı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Qəzanın səbəbləri məlum deyil.








