RU
Rusiyadan Bakıya yeni aviareyslər açılır
18:55
1118

Rusiyadan Bakıya yeni aviareyslər açılır

Regional “Komiaviatrans” şirkəti Bakıya yeni reyslər açır.

Rusiyanın “Komiaviatrans” (Komi Respublikası) aviaşirkətinin baş direktoru Aleksandr Ponomaryov Azərbaycana uçuşların avqustun 25-dən başlayaraq “Embraer” tipli təyyarə ilə həyata keçiriləcəyini bildirib. 

7News.Az bu barədə komiinform.ru-ya istinadən xəbər verir. 

Sıktıvkardan təyyarələr Samarada tranzit etməklə cümə axşamı günü uçacaq. Komi paytaxtının aeroportundan saat 12:10-da uçan təyyarə Bakıya saat 18:15-də eniş edəcək.

Marşrut üzrə əks istiqamətdə reyslər cümə günləri olmaqla, Bakıdan saat 14:15-də yola düşəcək və 18:20-də Sıktıvkara çatacaq.

Paralel olaraq Nijni Novqoroddan da Bakıya reys açılacaq. Sözügedən marşrut üzrə cümə axşamı günü Bakıdan saat 19:15-də yola düşəcək təyyarə, saat 21:00-da Nijni Novqoroda enəcək. 

Əks istiqamətdə isə cümə günü Nijni Novqoroddan 09:30-da yola düşən təyyarə, Bakıya saat 13:15-də çatacaq.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ