RU
Rusiyadan gələn mallarda koronavirus tapıldı
12:20
188

Rusiyadan gələn mallarda koronavirus tapıldı

Çinin Rusiyadan idxal etdiyi dəniz məhsullarının qablaşdırmasında koronavirus tapılıb.

Çzilin əyalətinin Çançun şəhərində adi qaydada yoxlanış keçirilən zaman qablaşdırmada COVİD-19 virusu aşkarlanıb.

Bundan sonra Çançunun tibb orqanları həmin mallarla təmasda olan bütün şəxsləri karantin altına alaraq COVİD-19 nümunələri götürüb. Testlərin nəticəsi mənfi çıxıb.

Qeyd edək ki, bundan öncə Çinin Ekvadordan idxal etdiyi dondurulmuş məhsullarda da COVİD-19 virusu tapılmışdı. //Axar.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ