Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara qarşı tərəf də sərt cavab verib.
Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara qarşı tərəf də sərt cavab verib. Rusiyadan gələn TIR və konteynerlər liman və gömrük -keçid məntəqələrində saxlanılacaq.
Bundan başqa, mülki aviasiya sahəsində də ciddi tədbirlər görüləcək.
Türkiyə Rusiyanın türk mallarına və yükdaşımalarına qarşı tətbiq etdiyi sanksiyalara qarşı tədbirlər görməyə başlayıb.
Türkiyənin müvafiq qurumlarının nazirləri Rusiyadakı həmkarları ilə əlaqə quraraq sanksiyaların səbəblərini öyrənməyə çalışıblar. Rusiya rəsmiləri isə Türkiyəyə qarşı heç bir sanksiyanın tətbiq olunmadığını, sadəcə baş verənlərə görə lazım olan addımların yerinə yetirildiyini bildiriblər.
Rusiyalı rəsmilər eyni zamanda gömrük-keçid məntəqələrində baş verən ləngimə və maneələri qəbul etməyib.
Türkiyə tərəfi isə Rusiya tərəfinin bu şəkildə davam edəcəyi təqdirdə, zəruri olan bütün addımları ata biləcəklərini bəyan edib./report
7news.az








