RU
Rusiyadan kapitalın xalis axını kəskin artıb
22:30
567

Rusiyadan kapitalın xalis axını kəskin artıb

2021-ci ildə Rusiya Federasiyasından kapitalın xalis axını 2020-ci ildəki 50,4 mlrd. ABŞ dollarına qarşı 72 mlrd. dollara yüksəlib. Artım 43% təşkil edib.

Bu barədə Rusiya Mərkəzi Bankının açıqlamasında deyilir.
"Özəl sektorun maliyyə əməliyyatlarının müsbət saldosu 50,4 mlrd. dollara qarşı 72 mlrd. dollar təşkil edib", - açıqlamada qeyd olunub.

Tənzimləyici izah edir ki, bank əməliyyatlarının neytral təsiri ilə digər sektorlar tərəfindən, əsasən birbaşa investisiya şəklində xarici aktivlərin əldə edilməsi həlledici rol oynayıb./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ