Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü İqor Morozov Su-24 təyyarəsinin ABŞ-ın sifarişi ilə vurulduğunu iddia edib.
Morozov əmrin Vaşinqtondan gəldiyini bildirərək Dövlət katibi Con Kerrinin çıxışını xatırladıb:
“Türkiyənin qarşıda hansı addımlar atacağını indidən təxmin etmək o qədər də çətin deyil. Con Kerrinin Türkiyə sərhədinin pozulması ilə bağlı çıxışlarını xatırlayıram. Kerrinin açıqlamasından sonra təyyarəmiz vuruldu. Bunun digər tərəfdən olacağını düşünürdük. Amma öz müttəfiqimiz bunu bizə qarşı etdi”./axar
7news.az








