Rusiya ordusu ilk dəfə olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan "Fərat qalxanı" əməliyyatının 128-ci günündə türklərə dəstək çıxıb.
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın Əl-Bab bölgəsinin cənubunda yerləşən İŞİD terrorçularının mövqelərini bombardman edib.
Hərbi mənbələr isə Rusiya qırıcılarının Azad Suriya Ordusu və Türkiyə Silahlı Qüvvələrinin əməliyyat apardığı Əl-Babın mərkəzindəki İŞİD terrorçularını deyil, Əl-Babın cənubundakı terror təşkilatına aid bölgələri hədəfə aldığını bildirir./olke.az
7news.Az








