"Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı vəziyyətin aydınlaşmasına qədər Türkiyəyə səfər etməmək daha yaxşıdır”.
7News.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda "Facebook” səhifəsində Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitənin sədri Konstantin Kosaçev yazıb.
Senator təklifini Rusiya diplomatları və Türkiyədə olan bütün Rusiya vətəndaşlarının təhlükəsizliyi ilə izah edib. Kosaçev qeyd edib ki, Karlovun qatili iyulun 15-dəki çevrilişin cəhdindən sonra polis sıralarından çıxarılsa da, xidməti vəsiqəsini saxlayıb: "Qatil terror aktından dərhal sonra niyə öldürülməmişdi. O, gülünc şüarlarla qışqırmaqda davam edirdi. Bu anda polis harada idi? Dağılışdılar? Döşəməyə uzandılar? Telefon budkasına atıldılar? Və onlar ümumiyyətlə orada idilərmi? Türkiyədə kütləvi tədbirlərin keçirilməsi və diplomatik nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə təhlükəsizliyin qorunması qaydaları necədir? Və ya sadəcə belə təlimat varmı?” – deyə Kosaçev Türkiyə tərəfindən sualları ünvanlayıb.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dünən axşam saatlarında fotosərginin açılışı zamanı sui-qəsdə məruz qalıb. Səfir çoxsaylı güllə yaralarından xəstəxanada həyatını itirib. Xüsusi əməliyyat nəticəsində onun qatili Mövlud Mert Altıntaş öldürülüb. Onun 2,5 il polisdə işlədiyi bildirilir.
7News.az








