RU
Rusiyadan Türkiyəyə şad xəbər - Qadağa götürüldü
16:51
408

Rusiyadan Türkiyəyə şad xəbər - Qadağa götürüldü

Rusiya hökuməti Türkiyədən ərzaq idxal olunmasına dair qadağanı götürüb.

Avropa.info xəbər verir ki, siyahıdan bəzi meyvə növləri çıxarılıb. Bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib. Yeni qərara əsasən təzə və qurudulmuş portağal, mandarin qaysı və nektarin, həmçinin qaysı və gavalı üzərindən embarqo götürülüb.

Hind toyuğu və toyuq, qərənfil, tomat, soğan, gül kələmi, xiyar, alma və armud, üzüm, çiyələk, saqqız, həmçinin duz idxalına dair qadağa isə qalmaqda davam edir.

9 oktyabrda Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev demişdi ki, Rusiya 2016-cı ilin sonunadək Türkiyəyə qoyduğu idxal qadağalarını yavaş-yavaş götürəcək. 

Rusiyanın embarqonu tədricən saxlamasına səbəb kimi milli fermerlərin təsərrüfatı inkişaf etdirməsi göstərilir. 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ