RU
Rusiyalı alim Bakı SlavyanUniversitetindəelmi-praktik seminar keçirib
18:33
1389

Rusiyalı alim Bakı SlavyanUniversitetindəelmi-praktik seminar keçirib

Aprel ayının 25-də Bakı Slavyan Universitetinin (BSU) tələbələrinə Ural  Federal Universitetinin Avropa araşdırmaları kafedrasının müdiri, Avropa İttifaqı İnformasiya Mərkəzinin direktoru və həmin universitetdə BSU tərəfindən yaradılmış Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Aleksandr Gennadiy Nesterovun “Müasir dövrdə Avropa Birliyində vəziyyət” mövzusunda seminarı keçirilib. Seminarda professor müasir dövrdə Avropa Birliyində gedən proseslər, o cümlədən miqrant böhranı barədə söhbət açıb. Bildirilib ki, Avropaya miqrant axınının artmasının başlıca səbəbləri Yaxın Şərqdə baş verən münaqişələrdir. A. Nesterov qeyd edib ki, miqrant axını ilə bağlı Avropa Birliyində yaranmış indiki böhranlı vəziyyət Avropa İttifaqının əsasında dayanan Avropa identikliyi və Avropa sivilizasiyası ideyasını çox ciddi şəkildə zədələyir.

Sonra mövzu ətrafındamüzakirələr aparılıb, A. Nesterov seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb, rəhbərlik etdiyi Azərbaycan Araşdırmaları Mərkəzinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, Mərkəzin fəaliyyət göstərdiyi müddətdə Rusiyalı tələbələri Azərbaycanın tarixi, dili, siyasəti, mədəniyyəti, iqtisadi yüksəlişivə s. haqqında vacib biliklər əldə ediblər. Eyni zamanda o bu ildən Ural Federal UniversitetindəAzərbaycan multikulturalizmi fənnini də tədris etdiyini və bu mühazirələrin tələbələr tərəfindən maraqla dinlənildiyini söyləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ