Rusiyanın Vaşinqtondakı səfirliyi Amerika hakimiyyəti tərəfindən göndərilən rus diplomatların ölkəni tərk etdiklərini açıqlayıb.
Səfirliyin mətbuat xidmətindən bildirilib ki, diplomatların olduğu təyyarə havaya qalxıb.
Qeyd edək ki, prezident Barak Obama seçimlərə müdaxilə edildiyinə və Rusiyada çalışan amerikalı diplomatlara hücuma görə 9 rus qurumu, şirkəti və vətəndaşlarına qarşı sanksiya tətbiq edib. Buna cavab olaraq Obama administrasiyası 35 rus diplomatın Amerikadan göndərilməsinə qərar verib./qafqazinfo
7news.Az








