RU
Rusiyalı futbolçu
15:41
1061

Rusiyalı futbolçu "Real"dan getdi

"Real"ın futbolçusu Denis Çerışev Madrid klubundan ayrılıb.

7News.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 25 yaşlı futbolçu yenidən "Vilyareal"a qayıdıb.

Rusiyalı futbolçu "Vilyareal"la 5 illik müqavilə imzalayıb. Bu transferin "sarısualtı qayıq"a 7 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, daha öncə 2014-2015-ci illərdə "Vilyareal"da çıxış edən Çerışev ötən mövsümü "Valensiya"da keçirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ