Ermənistanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7news.Az erməni KİV-ə istinadla xəbər verir ki, qəza Gümrü şəhərindəki "Uri” alayının yaxınlığında meydana gəlib.
Hadisə yerinə dərhal xilasedicilər cəlb edilib.
Qəza zamanı "Nissan X Trail” avtomobil yol kənarında park edilmiş qoşquya çırpılıb. Hadisə nəticəsində sürücü - 22 yaşlı Rusiya vətəndaşı Vladislav Kulakov ölüb.
Onun Gümrüdəki Rusiya hərbi bazasında xidmət etdiyi və kiçik leytenant rütbəsinə malik olduğu bildirilib.
7news.Az








