Bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" adlı işçi sessiyada rusiyalı jurnalist, hərbi ekspert İqor Korotçenko deyib.
O qeyd edib ki, N.Paşinyan korrupsiya ilə mübarizə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması vədlərini yerinə yetirə bilməyəcək.
Ekspertin sözlərinə görə, Ermənistanın problemlərinin həlli Dağlıq Qarabağ münaqişəsinə dirənir: "Problemin həll olunmaması investisiyalar üçün böyük hərbi-siyasi risklər daşıyır. Paşinyanın vədlərinə baxmayaraq ola bilər ki, Ermənistan getdikcə daha da çökəcək".
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.
7News.Az








